"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ələmşah Məmmədov: “Vergini əvvəl özün, işçilərin və doğmaların ödəməlidir ki, digərlərinə də qanunu izah edəndə utanmayasan”

--2018-10-04 / 07:10

Lənkəran rayon Hirkan bələdiyyəsinin sədri ələmşah Məmmədov Belediyye.infoya açıqlqamasında bildirib ki, hər bir sədr birinci növbədə kollektivlə birgə işləməyi bacarmalıdır.

Bələdiyyələrə verginin vaxtında cəlb edilməsinə toxunan sədr bildirib ki, istər ŏzüm, istər müavin, mühasib va ya vergi agenti vergi ödəyiciləriylə daim görüşlər keçirir və təbliğatı söhbətlər aparırıq.

ikinicisi bələdiyyə sədrinin və qulluqçularında da məsuliyyət olmalıdır ki, mənim DSMF yə borcum var. Axı həmin borclar ödənməsə təqaüd alanlar işi çətinləşə bilər.

Üçüncüsü biz bəzən vaxtında məvacib almasaqda, əməkhaqlarından tələb olunan vergiləri ödəmişik.

Hər bir bələdiyyə üzvü vergi qanunvericiliyi barədə məlumatları əhaliyə düzgün çatdırmalıdır. Düzdür, bu işdə müvafiq qurumlarda bələdiyyəyə öz köməyini əsirgəməməlidir.

Belə ki, vergini əvvəl özün, işçilərin və doğmaların ödəməlidir ki, digərlərinə də qanunu izah edəndə utanmayasan.

Elə başa düşürəm vergilərın qanunamüvafiq yığımında dŏvlət qurumlarının da üzərinə məsuliyyət düşür.

Bizim bələdiyyə ərazisində yaşayan qulluqçular, həkimlər, müəllimlər və digərlər işçilər bələdiyyə vergilərini ödəməyə maraqlı deyillər

Bələdiyyəmiz məhz həmin müəsisəs rəhbərləriylə görüşərək verginin vaxtında ödənilməsi barədə söhbətlər aparır, onlara vergi mədəniyyətinin bəzi məqamları izah edilir.

əsas ona diqqət yetiririk ki, bələdiyyə ərazisində yeni layihələri həyata kecirməsi üçün məhz həmin vergi ödəyicilərinin vergi mədəniyyəti yüksək olmalıdır.

Belediyye.info

ŞƏRHLƏR